Samuxda yarımtikilidə yanğın olub, 2 nəfər xəsarət alıb

# 23:06
19 aprel 2021

Samuxda yanğın hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində yerləşən istixananın yaxınlığında olan  yarımtiklidə  qeydə alınıb. Ümumi sahəsi 60 m² olan birmərtəbəli yarım  tikilinin mətbəxtin içərisində həcmi 25 litr olan məişət qaz balonundan qaz sızıb. Bu zaman  yanğınla nəticələn  partlayış baş verib. Dərhal əraziyə FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR