Səfirliyimizə hücum zamanı həlak olan Orxan Əsgərovun yaxınları APA TV-yə danışdı

# 16:43
27 yanvar 2023

İrandakı səfirliyimizə hücum zamanı həlak olan mühfizə xidmətinin rəisi Orxan Əsgərov əslən Gəncə şəhərindəndir.  O. Əsgərovun atası Rizvan Əsgərov isə Gəncə şəhər 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimidir.

APA TV əməkdaşları Orxan Əsgərovun evinə gedib, qohumları ilə həmsöhbət olub.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında xain hücum nəticəsində aldığı güllə xəsarətlərindən vəfat edən O.Əsgərov şəhid kimi təqdim edilib. Şəhid olan Orxan Əsgərovun özündən sonra bir oğlu və bir qızı yadigar qalıb.

 

Qeyd edək ki, bu gün Yasin Hüseynzadə adlı İran vətəndaşının Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücumu zamanı bir nəfər ölüb, daha iki nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR