“Səfirliyin əməkdaşının öldürülməsi bizi şoka saldı” - Rusiyadan ilk reaksiya
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova öz teleqram kanalından başsağlığı yazaraq baş vermiş hadisəni pisləyib.
“Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı verir və dəstəyimizi bildiririk! Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik” - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü qeyd edib.
DİGƏR XƏBƏRLƏR

AZAL quş vurmaq üçün ovçu axtarır

Yəhudi yazıçı: “İran qorxur ki, İsrail Azərbaycan ərazisindən zərbələr endirər”

“Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmıram” - ABŞ-ın Baş Qərargah rəisi
