Şəhərin mərkəzində qoyulan bu qutuda nə var?

# 16:38
11 sentyabr 2021

Yəqin ki, şəhərin mərkəzində quraşdırılan bu qutunu çoxunuz görümüsüz. Hər kəsi düşündürən sual isə bir olub. Görəsən bu qutuda nə var?

 

APA TV olaraq biz də bu suala cavab tapmaq üçün yollandıq sözügedən əraziyə. Araşdırma zamanı öyrəndik ki, ərazidə Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılıb.

 

 “İçərişəhər” metrostansiyasının qarşısında Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılıb. Abidənin yaxın günlərdə açılış mərasimi baş tutacaq. Qeyd edək ki, heykəlin müəllifi Xalq rəssamı, heykəltaraş Xanlar Əhmədovdur.

 

Xatırladaq ki, bir müddət əvvəl heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov abidənin quraşdırılacağı ərazidə işlərin yekunlaşdığını və postamentin artıq hazır olduğunu bildirmişdi.


Aytac Sahəd
Musa Qulammirzəyev
Apa Tv

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR