Şəhərin mərkəzində quraşdırılan şam ağacı yandı

# 13:13
27 dekabr 2021

Bərdədə yanğın hadisəsi baş verib.  

 

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə şəhərin mərkəzində gecə saatlarında qeydə alınıb. Şəhərin mərkəzində quraşdırılan şam ağacı yanıb. Yanğın hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri  tərəfindən söndürülüb. Alovun ətrafdakı obyektlərə keçməsinin qarşısı alınıb.

 

Yanğının başvermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR