Şəhid Nicat Qarazadə dəfn olundu

# 17:19
17 sentyabr 2022

Erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər 2002-ci il təvəllüdlü Qarazadə Nicat Malik oğlunun nəşi yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gətirilib.

 

APA TV-nin  məlumatına görə, şəhidin vida mərasimi yaşadığı evdə baş tutub.

 

Mərasim iştirakçıları şəhidi “Qarabağ Azərbaycandır!”, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar.

 

Mərasimdə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Vida mərasimindən sonra şəhidin nəşi II Fəxri xiyabanda dəfn olunub.

 

Qeyd edək ki, Nicat Qarazadə ailənin dördüncü şəhididir.

 

2002-ci il təvəllüdlü şəhid əsgər Qarazadə Nicat Malik oğlu Yardımlı rayon Zənrgənə kənd sakini olub.

 

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin son üç gün ərzində törətdiyi təxribatlar nəticəsində 79 hərbçimizin şəhid olduğu açıqlanıb.

 

 

Ramil Zeynallı,  APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR