Şəhid Sadiqin insanı göz yaşlarına boğan videosu: Bu gün dəfn olundu

# 16:17
16 sentyabr 2022

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Salyan rayonunun Arbatan kənd sakini, 2003-cü il təvəllüdlü əsgər İsayev Sadiq Rəşad oğlu şəhid olub.

 

APA TV-nin Mil-Muğan bürosu xəbər verir ki, şəhidin nəşi doğulduğu Arbatan kəndinə gətiriləndən sonra yaşadığı evdə vida mərasimi keçirilib.

 

Daha sonra 19 yaşlı şəhid İsayev Sadiq Rəşad oğlu Salyan şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Şəhidin valideynləri övladlarının şeir dediyi videonu APA TV ilə bölüşüblər.

 

Valideynlərinin dediyinə görə, Sadiqin Murad adlı dostu da şəhid olubmuş. O bu videoda dostuna özünün də şəhid olacağı ilə bağlı söz verib və bu şeiri səsləndirib:

 

Qeyd edək ki, Sadiq ailənin ikinci övladıdır. Onun böyük qardaşı da hazırda hərbi xidmətdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR