Səhiyyə Nazirliyi: Ermənistanın Edillidəki kütləvi məzarlıqla bağlı iddiaları yalandır

# 12:14
5 oktyabr 2022

Yaxın günlərdə Xocavəndin Edilli kəndində qazıntı işləri yenidən davam etdiriləcək.

 

APA TV xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun böyük məsləhətçisi Namiq Əfəndiyev deyib.

 

O qeyd edib ki, dövlət başçısının tapşırığı əsasında Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə fevral ayından əsir və itkin düşmüş şəxslərin axtarışına başlayıb:

 

APA xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov isə bildirib ki, Ermənistanın Edillidəki kütləvi məzarlıqla bağlı iddiaları yalandır

 

Ədalət Həsənov qeyd edib ki, tapılan meyit qalıqlarının kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri bizə onlara işgəncə və əzab verildiyini düşünməyə imkan verir.

 

 Qeyd edək ki, Xocavəndin Edilli kəndində qazıntı işləri aparılıb və 12 meyit qalığı aşkarlanıb. İlk baxışdan həmin qalıqların Azərbaycan hərbi qulluqçularına aid olduğu görünür.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR