Şəkil üstündə əmisi qızını öldürdü

# 16:58
28 fevral 2022

 Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.  1998-ci il təvəllüdlü Piri Piriyev əmisi qızı, həmyaşıdı Aytac Piriyevanı qətlə yetirib.  İlkin məlumata görə, 24 yaşlı Piri əmisi qızının yaşadığı evə gəlib. Onunla söhbəti olduğunu bildirib və qadını dağlıq əraziyə aparıb. Daha sonra isə onun boğazını kəsərək sonuncunu qətlə yetirib. Yaxınların sözlərinə görə tərəflər arasında foto üstündə mübahisə düşüb. Belə ki, 23 yaşlı Aytac Piriyeva yazıldığı kompüter kursunda qrup yoldaşları ilə çəkdirdiyi şəkil əmisi oğlu Piriyevin qəzəbinə səbəb olub.  

İlkin istintaq zamanı müəyyən edilib ki, qətl qısqanclıq zəminində baş verib.  

 

Qeyd edək ki, Aytac Piriyeva bir müddət öncə ailəsindən boşanaraq  anası və qardaşı ilə birlikdə İrmaşlı Kəndində yaşayıb. Mərhumun bir azyaşlı oğlu var. Cinayəti törədən 23 yaşlı Piri Piriyev subay olub. Artıq faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV, Şəmkir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR