Şəmkir sakini yas məclisində bıçaqlandı
Şəmkir sakini bıçaqlanıb. Hadisə rayonun İrmaşlı kəndində baş verib. Kənd sakini, 45 yaşlı İdris İbrahim oğlu Alıyev yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O, Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, hadisəni 33 yaşlı Ruslan Rəşid oğlu Bağırov törədib. O, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Benzin və dizellə işləyən avtomobillərin satışı dayandırılır - Yeni qanun

Prezident: Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq

Tikintisinə rəy verilmədi, amma pul verildi - Məşhur keçidi kim tikmişdi, kim sökür?
