Şəmkirdə 38 yaşlı kişini 2 avtomobil vurub

# 07:25
5 oktyabr 2022

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Rəhman Məhərrəmovu vurub. Zərbənin təsirindən piyada qarşıdan gələn avtomobilə çırpılıb. 38 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR