Şəmkirdə elektrik yarımstansiyasında yanğın baş verdi

# 13:56
30 noyabr 2022

Şəmkirdə yanğın hadisəsi baş verib.

 

Hadisə rayonun Dəllərcəyir elektrik yarımstansiyasında qeydə alınıb. Yarımstansiyada transformatorda anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.

 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Qeyd edək ki, stansiyanın əhatə etdiyi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR