Şəmkirdə istixanada yanğın olub

# 14:18
23 avqust 2022

 

Şəmkirdə yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Əliyaqublu kəndində baş verib. Kənd ərazisində yerləşən ümumi sahəsi 6000 m² olan istixananın polietilendən ibarət üzlüyü 600 m² sahədə və yaxınlıqda 800 m² sahədə quru ot və kol-kos yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR