Sərhəd zastavasında 100 kiloqrama yaxın narkotik aşkarlandı

# 14:32
22 iyul 2022

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.

 

DSX-dan APA TV-yə verilən xəbərə görə, ötən gün Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhədboyu zolağa baxış zamanı gizlədilmiş 4 bağlama aşkar olunub.

 

Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət marşrutları nəzarətə götürülüb. Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.

 

Tutulmuş şəxslərin işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib. Fakt üzrə həyata keçirilmiş təxirə­salınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşkilatçısı olan Bərdə rayon sakini 1998-ci il təvəl­lüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.

 

Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə bənzər maddələrin olması müəyyənləşdirilib.

 

Zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR