Şeyx Londonda səfirliyimizə hücum edənlərin cəzalandırılmasını tələb etdi

# 16:03
8 avqust 2022

 

Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. APA TV xəbər verir ki, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında bildirib ki, Londondakı səfirliyimizdə özlərini din adamı sayan radikallar vandalizm hərəkətləri edib: “Bayrağımızın çıxarılması, atılması hörmətsizlikdir. Biz o bayraq üçün minlərlə qurban vermişik, işğaldan azad olunan torpaqlarımızda həmin bayrağı dalğalandırmışıq. İndi bayrağı təhqir etmək bütün milləti təhqir etməkdir. Buna qarşı bütün millət cavabını verməlidir”. Şeyxülislam həmin gün bütün dini konfessiya rəhbərləri mənə zəng etdilər və birgə bəyanatla çıxış etdiklərini bildirib: “Xarici İşlər Nazirliyimiz vasitəsilə bəyanatı bütün səfirliklərə və üzv olduğumuz dini mərkəzlərə göndərdik. Türkiyənin Dini Qurumlarla İş üzrə Komitəsinə təşəkkür edirəm ki, həmin gün zəng etdi, öz narahatlığını bildirdi. Digər türk dövlətlərinin də nümayəndələri öz narahatlıqlarını çatdırdılar. Mən hər birinə təşəkkür edirəm. İngiltərədə belə bir hadisənin baş verməsi bizi çox məyus edir. Bunun arxasında bəzi qüvvələrin və erməni lobbisinin ola biləcəyini düşünürəm. Hadisəni törədən şəxslərin cəzalandırılmasını və həmin qüvvələrin ölkədən çıxarılmasını tələb edirik”. Onun sözlərinə görə, bəzi qüvvələr bəzi məsələlərdə ölkə daxilində münaqişələr yaratmağa cəhd edirdilər: “Gördüyünüz kimi, qanvermə aksiyasında digər konfessiyaların da rəhbərləri iştirak etdi. Bu, bir daha onu göstərir ki, Azərbaycanda bütün dindarlar arasında heç bir məzhəb ayrı-seçkiliyi yoxdur. Biz də onların bayram və xüsusi günlərində iştirak edirik”. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, eyni zamanda dini konfessiya rəhbərləri qanvermə aksiyasında iştirak edib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR