Şirvan sakinləri görün niyə saxlanıldı

# 14:42
30 mart 2023

Şirvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 3,5 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı 7 nəfər saxlanılıb.

 

Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Qurbanov, Elşən Hacıyev, Zabit Abbasov, Mehman Hüseynov, Mirkazım Ağami, Həsənağa Ələkbərov və Sabirabad rayon sakini Mirzağa Əliyev olduqları müəyyən edilib.

 

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı Ceyhun Qurbanovdan 440 qram, Elşən Hacıyevdən 475 qram,  Zabit Abbasovdan 440 qram, Mehman Hüseynovdan 450 qram, Mirkazım Ağamidən 470 qram, Mirzağa Əliyevdən 445 qram marixuana aşkar edilərək götürülüb.

 

Saxlanılan Həsənağa Ələkbərovdan 21 qramdan artıq heroin və elektron tərəzi aşkarlanıb. Bundan əlavə davam etdirilən tədbirlərlə sonuncunun şəhər ərazisində gizlətdiyi heroin də aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR