Şirvanda əməliyyat: oğru dəstə tutuldu
Şirvanda evdən 10 min manat oğurlayan dəstə saxlanılıb Şirvanda yerləşən fərdi yaşayış evlərinin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişə maddi ziyan vuran üç nəfərdən ibarət oğru dəstə saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Zahid İsmayılov, Pərviz Dəmirov və Murad Nəzirov olduqları müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, evdən oğurladıqları qızıl-zinət əşyalarını Bakı şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Satışdan əldə olunan pullar isə dəstə üzvləri arasında bölünüb. Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xeyrulla Babayev saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı külli miqdarda heroin və metamfetamin, eləcə də bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğu etiraf edib. Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
DİGƏR XƏBƏRLƏR

Erməni deputatlar Laçınla bağlı layihədən imtina etdilər

Naxçıvanda bayram axşamı kütləvi zəhərlənmə / “APA XƏBƏR” - 15:00

Sabah hava dəyişəcək
