Şirvanda keçmiş məhkum saxlanıldı

# 12:14
27 iyul 2022

Şirvanda oğurluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən iki fərdi yaşayış evindən və bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rahim Hüseynov saxlanılıb.

 

Dindirilmə zamanı Rahim Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, peşman olduğunu bildirib.

 

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR