Skuterlər şəhərdə təhlükə yaradır? - Deputatdan narazılıq

# 17:49
29 noyabr 2022

“Skuterlərin sürəti saatda 60 km çərçivəsindədir”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov deyib.

 

Deputat bildirib ki, bu gün şəhərdə skuterlərdən istifadə olunur: “Skuter sürənlər də yol hərəkəti qaydalarına əməl etmirlər. Xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının taxılması məcburiyyəti gətirilib. Bizdə də bu təcrübədən istifadə olunsun. Azərbaycanda skuterlər artan templə yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR