Soçi görüşündə nələr olub? - Paşinyandan yeni açıqlamalar

# 14:26
2 noyabr 2022

“Qarabağın status məsələsi ona görə təxirə salınır ki, hər iki tərəf üçün məqbul həll yolu yoxdur”.

 

APA TV xəbər verir ki, bunu hökumətin iclasındakı çıxışında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O əlavə edib ki, Soçidə Dağlıq Qarabağın statusu məsələsinin qeyri-müəyyən müddətə təxirə salınması düzgün qərardır: “Deməliyəm ki, bu vəziyyət 100% doğrudur. Çünki, Qarabağ məsələsində üç əsas komponent var. Oradakı ermənilərinin hüquqları, təhlükəsizlik və status”.

 

Paşinyan qeyd edib ki, Ermənistan tərəfi “status” sözünü bir kənara qoyub. O bunun səbəbinin Rusiya tərəfi ilə razılaşdırıldırıldığını bildirib və qeyd edib ki, bu məsələnin yaxın zamanda həll olunması qaçılmaz böhrana gətirib çıxaracaq.

 

Paşinyan Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyət müddətinin uzadılması ilə bağlı müraciət məsələsinə də toxunub: “Soçidə keçirilən üçtərəfli görüşdə Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mandatının 5-10-20 il və ya qeyri-müəyyən müddətə uzadılması təklifimiz qəbul olunmadı. Baxmayaraq ki, beşillik müddət bitdikdən sonra onların iştirakı, tərəflərdən heç biri buna qarşı çıxmasa, avtomatik olaraq uzadılır, lakin bu qərarın konsolidasiyası təklifi var idi”.

 

O qeyd edib ki, təklif qəbul olunmasa da, gündəmdə olan məsələyə çevrilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR