Söyüş üstündə dava düşdü: ÖLƏN VƏ YARALANANLAR VAR

# 11:45
12 iyul 2022

Tovuzda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, 2 nəfər bıçaqlanıb.

 

Hadisə rayonun Aşağı Quşçu kəndindəki çay evində qeydə alınıb.

 

APA-nın əldə etdiyi məlumata görə, Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Tağıyev Anar Mammed oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu ilə mübahisəsi düşüb.

 

Mübahisəyə 35 yaşlı Vəliyev Nizami də qarışıb. İlkin məlumata görə Nizami Vəliyev digər şəxslərə nalayiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava düşüb. Bu zaman Anar Tağıyev Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurub. Sonuncu hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı Əhmədov Vüsal və Tağıyev Anar da bıçaq xəsarətləri alıb.

 

Hazırda Vüsal və Anar polis nəzarətindədir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov APA-ya bildirib ki, faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR