“Sputnik Azərbaycan”ın şef-redaktoru və həyat yoldaşının iş icazəsinin vaxtı uzadılmadı
“Sputnik Azərbaycan” saytının şef-redaktoru və mətbuat mərkəzinin prodüserinin iş icazələrinin müddəti uzadılmayıb.
APA xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin “müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilmiş və müvəqqəti yaşama icazələri ləğv edilmiş şəxslərin siyahısı”nda həmin şəxslərin adları qeyd edilib.
“Sputnik Azərbaycan” saytının şef-redaktoru Veranika Antonova-Trizno və onun həyat yoldaşı “Sputnik Azərbaycan”ın mətbuat mərkəzinin prodüseri Pavel Antonovun iş icazəsinin vaxtı iyunun 6-da bitib.
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov faktı APA-ya təsdiqləyib.
DİGƏR XƏBƏRLƏR

Yeniyetmə 14 gün sonra yenə yoxa çıxdı

Bu günün valyuta məzənnələri - 31.01.2023

Qərb Ermənistanı Rusiyanın əlindən necə alır? - 200 nəfərlik missiya
