Süleyman Soyludan ABŞ-a cavab: Qəbul etmirik
“İstanbulun İstiqlal küçəsində partlayışı törədən terrorçular saxlanılmasaydı, bu gün Yunanıstana qaçacaqdılar”.
APA TV-nin İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, terror aktının sifarişçiləri partlayışı törədən şəxsin öldürülməsi ilə bağlı əmr verərək sübutları aradan qaldırmağa çalışıb.
Nazirin sözlərinə görə, Türkiyə terror aktı ilə ona mesaj göndərənlərin cavabını verəcək, antiterror əməliyyatını davam etdirəcək.
Süleyman Soylu açıqlamasında ABŞ səfirliyinin verdiyi başsağlığını qəbul etmədiklərini də vurğulayıb.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
