Sumıda 20 yaşayış evi dağıdıldı, uşaqlar öldü / Rusiya-Ukrayna savaşı

# 15:08
9 mart 2022

Rusiyanın ötən gün Ukraynanın Sumı şəhərinə endirdiyi aviazərbələr nəticəsində 3-ü uşaq olmaqla 22 nəfər həlak olub.

 

APA xəbər verir ki, bu barədə Sumi Regional Hərbi İdarəsinin rəhbəri Dmitro Jivitski bildirib.

 

Onun sözlərinə görə, Sumı rayonu ötən gün 3 dəfə atəşə məruz qalıb.

Bombardman nəticəsində daha 8 nəfər yaralanıb, 20 birmərtəbəli yaşayış evi dağıdılıb.

 

Qeyd edək ki, BMT-nin məlumatına görə, Ukraynada müharibənin başlamasından sonra 474 mülki şəxs həlak olub, 861-i isə yaralanıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının ofisinin məlumatında isə qeyd edilib ki, 2 milyon ukraynalı ölkəsini tərk edərək qonşu ölkələrə sığınıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR