Sumqayıt-Xırdalan-Bakı qatarında sıxlıq etirazlara səbəb olub

# 10:50
6 oktyabr 2022

Sumqayıt-Xırdalan-Bakı qatarında bu gün səhər saatlarında sıxlıq yaranıb. Nəticədə sərnişinin halı pisləşib.

 

APA-nın xəbərinə görə, sərnişinin halının pisləşməsinə sıxlıq və qatardakı kondisionerlərin işləməməsi səbəb olub.

 

Sərnişinlər sıxlığa və qatarların gecikməsinə etiraz olaraq Bakı Dəmiryolu Vağzalının stansiya rəisinə etiraz ediblər.

 

Qeyd edək ki, bir müddət öncə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi bu istiqamətdə sıxlığın artmasına səbəb olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR