Sumqayıtda işıq axtaranlar: Sakinlərə şad xəbər

# 15:55
18 avqust 2021

Daha işıq saatla verilmir, sayğaclaşma demək olar, başa çatıb. Amma bu o demək deyil ki, elektrik enerjisi sahəsində problemlər yoxdur. Var, özü də çox uzaqda deyil Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində. Massivin göygöl küçəsində elektrik xətləri var nacaq elektrik özü yoxdur.

Sumqayıt şəhərinin Corat bağları yaşayış massivin Göygöl küçəsinin sakinləri hər gün işıq problemi ilə üzləşirlər.

APA TV-nin yerli bürosunun məlumatına görə, sakinlər  deyirlər ki, yay fəsli olmasına baxmayaraq hər gün işıqlar sönür.  Sakinlərin sözlərinə görə, artıq illərdir ki, bu problemlərlə üz-üzədirlər. Hətta gün ərzində işığın tez-tez söndürülməsi səbəbindən bəzi sakinlərin elektriklə işləyən avadanlıqları da yanaraq sıradan çıxıb. Heç bir elektrik cihazından istifadə etmək olmur.

-O qədər olduğu qədər əziyyət çəkirik ki, nə soyuducumuz işləyir, nə kondisioner işləyir. Nə yatmağımızı bilirik, nə işdən gələn dincəlməyini bilir.

Sakinlər bildirir ki, diqqət çəkmək istədikləri məsələ transformator çatışmazlığı ilə bağlıdır. Onların sözlərinə görə, aidiyyatı qurumlara müraciət etsələr də hələ ki, dərdlərinə bir əlac tapan olmayıb.  

- Deməli mən bura gələndən 20 yaşım var idi. Bu transformatoru burda görmüşəm. Bizim problemimiz ancaq transformator problemidir. Kraskalayıblar, rəngləyiblər, təzədən riviziya edib qoyublar. Amma elə yerdə var ki, 3-4 tranformatoru yan-yana qoyublar.

- İşıqlarımız yoxdur. Yayda deyirlər qışa hazırlıq görürük. Qışda deyirlər yaya. Heç nəyə də innanmırıq.

- Köhnə transformatordur. Sönür, yanır. Mən neçə dəfə zəng eləmişəm işıq idarəsinə. Demişəm ki, soyuducu işləyir. Əgər bu soyuducu yansa nə olacaq. Cavab vermirlər ona. Problem işıqdır.

"Azərişıq" ASC-nin “Bağlar” Enerji Təchizatı və Satışı İdarəsindən APA TV-nin yerli bürosuna şifahi olaraq bildiriblər ki, problemdən xəbərdardırlar. Məsələ ilə bağlı sözügedən ərazidəki enerji sərfiyyatı müəyyən edildikdən sonra yaxın zamanlarda müvafiq addımlar atılaraq mövcud olan problem aradan qaldırılacaq.

RAMİL ZEYNALLI

ƏLİ ƏLİYEV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR