Suraxanıda görün nə tapıldı - NAZİRLİK HƏRƏKƏTƏ KEÇDİ

# 15:25
1 oktyabr 2022

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

 

FHN-dən APA TV-yə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

 

Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.

 

Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR