Şuşaya turist səfərləri nə vaxt başlayacaq?

# 15:58
8 dekabr 2022

Bakıda Turizm Sammiti keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edərək bildirib ki, 2026-cı ilə qədər Azərbaycana səfər edən xaricilərin sayının 4 milyona çatdırılması nəzərdə tutulub.

Onun sözlərinə görə, növbəti 4 il üçün məqsəd turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1.5 dəfə artırmaq, orta hesabla hər il turizm sektorunda 20% artıma nail olmaqdır. Bundan başqa, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaq hədəflənib.

Agentlik sədri çıxışında turizm sektorunun idarəetmə çərçivəsinin daha da təkmilləşdirilməsi üçün regional turizm şuralarının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

O həmçinin bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda insanların yaşayışını təmin etmək üçün turizm aparıcı sahələrdən biri olacaq.

Sammit çərçivəsində 4 ayrı kateqoriyada 50-dən çox indikatoru müvafiq alt göstəricilər üzə dövri əsasda əks etdirən  “Turizm üzə vahid məlumat bazası”nın təqdimatı keçirilib. Daha sonra tədbir “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “Turizm, mədəni irs və yaradıcı sənaye: yeni çağırışlar”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti”, “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularında panel diskussiyaları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR