Suvarma sahəsində hansı problemlər var? – SƏDR MÜAVİNİ AÇIQLADI

# 17:30
3 iyun 2022

 “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə Taxtakörpü su anbarına media-tur təşkil olunub.

APA TV-nin şimal bürosu xəbər verir ki, media-turda iştirak edən 20-yə yaxın media qurumunun təmsilçisi Taxtakörpü su anbarının əhəmiyyəti, texniki göstəriciləri və iş fəaliyyəti haqqında məlumatlandırılıb.

Qeyd olunub ki, son illər Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadası və ölkənin şimal zonasının kənd təsərrüfatı sahələrinin su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev ölkədəki torpaq kanalların hazırki durumundan da söz açıb. Onun sözlərinə görə, respublika üzrə 52 min kilometr suvarma kanallarından təxminən 72-73 faizi torpaq kanallardır. Bir çoxu 100 ildən artıqdır ki, istifadə edilən bu kanallarda isə su itkiləri çox olur:  

ZAKİR QULİYEV - MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-NİN SƏDR MÜAVİNİ

“Bu kanallarda təxminən 35-40 faiz həcmində itkilər baş verir. İtkilər tək kanallarda olmur, əkin sahələrində daha çox baş verir. Ona görə ki, bu gün kəndli-fermer təsərrüfatlarında müəyyən hamarlamaların olmaması nəticəsində üç dəfəyə yaxın və ya bəzi yerlərdə 2 dəfə artıq suvarma suyu verilir ki, bu da təbii ki, həm su itkisinə, həm də vaxt itkisinə gətirib çıxarır. Bütün bunlar torpaqlara da müəyyən öz mənfi təsirini göstərir”.

Sədr müavini qeyd edib ki, bununla bağlı tədbirlər həyata keçirilir. Belə ki, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Dövlət Su Komissiyası artıq bir sıra işlərə başlayıb. 20 kanala beton üzlüyün alınma məsələsi ilə bağlı artıq layihə smeta işləri həyata keçirilir. Bundan başqa, 10 su anbarının da çaylar üzərində tikintisi məsələsi üzrə texniki iqtisadi əsaslandırma işləri, layihə sənədləri hazırlanıb.

Zakir Quliyev bildirib ki, bu layihələr icra olunduqca, torpaq kanallarına beton üzlüyün çəkilməsinə, daha müasir suvarma kanallarını yaradılmasına nail olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR