TƏBİB: Açıq havada maska taxılması yaxın vaxtlarda ləğv oluna bilər
"Yaxın günlərdə açıq havada maskadan istifadə ləğv edilə bilər".
APA TV xəbər verir ki, bu barədə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva AzTV-də “Günə birlikdə başlayaq” verilişində deyib.
O bildirib ki, bu istiqamətdə artıq qaydalar hazırlanır: “Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun bir qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsinlər”.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
