Təbrizdə dövlət binalarına Güney Azərbaycanın bayrağı asılır

# 13:06
19 noyabr 2022

İranda artıq 65 gündür ki, etiraz aksiyaları davam edir.

 

APA TV "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, aksiyalar çərçivəsində hökumətə qarşı müxtəlif şüarlar səsləndirilib və bu etirazlar ayrı-ayrı üsullarla özünü göstərir.

 

Etirazların daha çox vüsət aldığı yerlərdən biri də Azərbaycanın ideoloji mərkəzi hesab olunan qədim Təbriz şəhəridir. Burada etirazçılar ötən gecə hökumət binalarının qarşısına Güney Azərbaycanın mücadilə bayrağını asıblar.

 

Görüntülər sosial şəbəkələrdə böyük əks-səda doğurub.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR