Təhsil naziri şagirdi təhqir edən müəllimdən danışdı

# 15:38
21 dekabr 2021

 “Məktəblərdə baş verən xoşagəlməz hallarla bağlı həmişə töhmət verilmir. Son günlər bir məktəb direktor öz istəyi ilə, səhvini qəbul edərək işdən çıxıb”.


APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.


Nazir bildirib ki, başqa bir məktəbdə isə müəllim bilmədən oğlan şagirdini qız kimi təqdim edib: “Müəllimin həqiqəti ilə bağlı kimsə nəsə yazmır. Müəllim həmişə pisdir, həmişə yanlışdır. 150 min müəllimdən birinin 1 milyon yarım şagirddən birini saçı uzun olduğuna görə səhvən qıza bənzətməsi mümkündür. Səhv edib, bilməyib. İndi biz nəyləyək, o müəllimi linç edək? Biz o müəllimin də həqiqətini öyrənməliyik. Mən demirəm ki, o müəllim düz edib, sadəcə bilməyib, oğlanı qıza oxşadıb”.


Semral Cavad
Kamran Namazov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR