Tələbə şəhid Elnur Məhərrəmov Göyçayda dəfn olunub

# 19:18
15 sentyabr 2022

Azərbaycan Ordusunun şəhid olan əsgəri Elnur Məhərrəmovla Göyçay rayonunda vida mərasimi keçirilib.

 

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri, 2001-cı il təvəllüdlü Məhərrəmov Elnur Nərbala oğlunun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Şəkər kəndinə gətirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid Elnur Məhərrəmovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

 

Şəhid Elnur Məhərrəmov həmin kəndin qəbiristanlığında dəfn olunub.

 

Qeyd edək ki, Azərbaycan Universitetinin tələbəsi olan Elnur Məhərrəmov könüllü olaraq 11 ay öncə ali təhsilini dayandıraraq hərbi xidmətə yola düşüb. O, əsgəri xidməti başa çatdıqdan sonra ordu sıralarında qalaraq hərbi qulluqçu kimi Vətənə xidməti davam etdirmək arzusunda idi.

 

Allah rəhmət eləsin.

 

Şahnəzər Bəşirov, APA TV, Göyçay

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR