Telefonla gələn təhlükə: Depressiya, panik atak, özünəqəsd...

# 19:11
23 yanvar 2023

Mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ancaq texnologiyanın bu qədər sürətlə inkişafı özü ilə bərabər fəsadlar da gətirir.

Son illər aparılan araşdırmalar da təsdiqləyir ki, telefon asılılığı hazırda qlobal problemlər sırasıdındadır.

Bəs telefon asılılığı niyə təhlükəli sayılır və orqanizmimizdə hansı problemlərin yaranmasına səbəb olur?

Sosioloq Elçin Bayramlı düşünür ki, mobil telefonlar insanları zombiləşdirir.

 

Psixoloq Vüsalə Əmiraslanova deyir ki, telefon karantin dövründən sonra həyatımızda daha ciddi yer tutmağa başlayıb.

 

Vüsalə Əmiraslanova telefondan 1 dəqiqə belə ayrı qala bilməyən, bu zaman dünyasının başına yıxıldığını düşünən insanların telefon asılılığı yaşadığını bildirdi. Bundan qurtulmaq üçünsə müxtəlif yollar var. 

 

Nevroloq Röyanə Quluzadə isə telefon asılılığın həm də dərin depressiya yaratdığını deyir.

 

 

Nevroloq telefon asılılığından sonrakı dövrdən də danışıb.

 

Mütəxəssislər deyirlər ki, telefon asılılığının yaratdığı problemlər hər zaman eynidir, sadəcə bəzən fərqli formalarda təzahür edirlər. Bu problemdən qurtulmağın başlıca yolu isə sosial aktivliyi artırmaq, əlavə məşğuliyyətlər tapmaq, real dünya ilə daha çox ünsiyyətdə olmaqdır. Əks halda telefon sizin gündəlik həyatınızda köməkçi vasitə rolundan çıxıb, ağanıza çevriləcək. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR