Təmir sexlərində yanğın: MİNİK AVTOMOBİLİ DƏ YANDI
Şəkidə avtomobil təmiri sexlərində yanğın olub.
APA TV-nin məlumatına görə, hadisə Şəki şəhəri, Sarabski küçəsində, rayon sakini Şakir Zakir oğlu Xəlilova məxsus ümumi 7 maşın təmiri sexində baş veribş
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və 15 şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində sexlərin 195 kvadratmetr sahəsinin yanar konstruksiyaları və təmirə qoyulan "VAZ 2107" markalı maşın yanıb. "Mercedes" markalı maşın yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Bakıda taksi sürücüsü qadın sərnişinlə yumruqlaşdı – APA TV

Azərbaycanda bu kəndin adını izah etmək üçün kitab yazılıb - APA TV

Ermənilər şəhəri görün nə hala salıblar - ŞƏRHSİZ
