"Tərtər işi" üzrə həbs edilmiş daha 8 nəfərin hökmü ləğv edilib - APA TV
"Tərtər işi" üzrə həbs edilmiş daha 8 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.
APA TV xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Vəkil Rəsul Cəfərovun APA-ya verdiyi məlumata görə, qərara əsasən, Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.
8 nəfərin üzərindən məhkumluq götürülüb və təqsirləndirilən şəxs statusu verilib.
DİGƏR XƏBƏRLƏR

"Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik"

"Range Rover" "Opel"lə toqquşdu, polis xəsarət aldı

Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər
