“Texnofest Azərbaycan”da maraqlı stendlər: - FHN-İN XÜSUSİ AVADANLILQARI

# 19:59
28 may 2022

Dünyanın ilk texnologiya festivalı “Texnofest Azərbaycan” davam edir. Biz indi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üçün ayrılmış stendlərin yanındayıq. İlk stendimiz Xüsusi təyinatlı qərargah rabitə avtomobilidir. İndi bu avtomobil və onun taktiki-texniki xüsusiyyətləri haqqında məsul şəxs bizə ətraflı məlumat verəcək: “Gördüyünüz Xüsusi təyinatlı qərargah rabitə avtomobili Fövqəladə Hallar zamanı ərazidən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat növbətçisi ilə informasiya təminatını həyata keçirir. 4 şəxsi heyəti var. Səhra şəraitində fəaliyyəti davam etdirmək üçün 5 kilovatlıq əlavə olaraq generator qurulmuşdur. Mövcud bütün növ rabitə sistemləri ilə təchiz edilmiş o cümlədən peyk rabitəsi ilə təchiz edilmişdir”.

FHN –nə aid olan növbəti stend “BMW F 650” markalı motosikletdir. Bu nəqliyyat vasitəsi ilə şəhər və dağlıq ərazidə rahat hərəkət etmək mümkündür. Motosikletin digər üstünlükləri barədə Xüsusi Riskli Xilasetmə Xidmətinin moto xilasedicisi Cəlal Süleymanov məlumat verəcək: “Motosiklda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan insanları vaxtında xilas etmək üçün gidravlik qayçılardan istifadə edirik. Alpinizm avadanlığından hündür mərtəbəli binalardan düşmək üçün istifadə olunur. Hadisə yerinə çatdıqda, xəsarət alan olursa tibbi ləvazimatlardan istifadə etməklə ilkin tibbi yardım göstəririk”.  

Gördüyünüz bu xüsusi təyinatlı “Nissan Patrul” avtomobili isə baş vermiş hadisənin qarşını almaq, hadisə yerinə dərhal çatmaq üçün nəzərdə tutulub. Çevik Xilasetmə Xidmətinin baş çavuşu Raul Yaqubov deyir ki, avtomobildə müxtəlif hadisələr üçün nəzərdə  tutulmuş xüsusi avadanlıqlar yerləşdirilib: “Avadanlıqlarımız xalmatra tiplidir. Aralayıcı, kəsici, sıxıcı funksiyalara malikdir. Və digər generator tipli avadanlığımız da var ki, gecə hadisələri zamanı işıqlandırma sistemini bərpa edir. Qapı bağlı olan zaman ,bütün hadisələrin qarşısını almaq üçün istifadə edilən bütün avadanlıqlarımız da burada var”.

Festivalda sərgilənən FHN-nə məxsus “MAN” markalı avtomobilin bazasında olan “Viktoriya Kontenyeri” isə 10 kq-a qədər partlayış təhlükəli əşyaların daşınması üçün nəzərdə tutulub. XRXX-nın İstehkam və Pirotexnik Tağımının komandiri Vüqar Hacızadə deyir ki, bu avtomobilin əsas təyinatı şəhər əməliyyatı üçün nəzərdə tutulub: “Şəhər ətrafında partlayış təhlükəli əşya aşkar olunduqda həmin əşyaların şəhərdən uzaqlaşdırılmasında kömək edir. Bu avtomobilin bazasına daxildir: Viktoriya markalı konteyner, vanguar və defender markalı robotlar. Konteynerin əsas təyinatı ondan ötrüdür ki, partlayış təhlükəli əşya aşkar olunduqda, həmin əşya bu robot vasitəsi ilə  təhlükəsiz uzaqlaşdırılır”.

Festivalda FHN-nin stendində sərgilənən texnikalar vətəndaşlar tərəfindən maraqla qarşılanır. Qeyd edək ki Azərbaycanda ilk dəfə keçirilən “TEXNOFEST Azərbaycan”  festivalı mayın 29-da başa çatacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR