Ticarət mərkəzindəki partlayışda ÖLƏN VAR
Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində partlayış olub.
TASS-ın yaydığı məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib və tikilinin konstruksiyası uçub.
Rusiya Fövqəladə Hallar Nazirliyi hipermarketdə yanğın zamanı bir nəfərin öldüyünü açıqlayıb.
Yanğın 5 min kvadrat metr ərazini əhatə edir.
Yanğının mağazada elektrik naqillərindəki qısaqapanmadan baş verməsi, daha sonra partlayış nəticəsində geniş əraziyə yayılması ehtimal olunur.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.