Tikintidə başına dəmir boru düşdü ÖLDÜ
Füzulidə bədbəxt hadisə baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon ərazisində aparılan tikintidə fəhlə kimi çalışan Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Əhmədov Elnur Aydın oğlu bədbəxt hadisə nəticəsində ölüb. İlkin məlumata görə, Elnur Əhmədovun başına dəmir boru düşüb.