Tovuzda ağır qəza: iki minik maşını toqquşdu
Tovuzda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Tovuz rayonunun Hunanlar kənd sakini Asiman Abuzərovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil ilə Bakı şəhər sakini Mayıl Quliyevin idarə etdiyi "Mitsubishi" markalı avtomobil toqquşub.
Qəza zamanı 47 yaşlı Əli Abuzərov və onun həm yaşıdı Nabat Abbasova həyatını itirib. Qəzada 1965-ci il təvəllüdlü Asiman Abuzərov, 1970-ci il təvəllüdlü Natiq Qasımov və 1964-cü il təvəllüdlü Mayıl Quliyev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
