Tovuzda toy keçirən şəxslər cərimələnib

# 16:47
13 aprel 2021

Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Polis Şöbəsinə rayonun Aşağı Şamlıq kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub. 

 

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb,  iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 12 nəfər saxlanılan şəxs barəsində protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR