Toy aparıcıları, bərbər və dərzilər, taksi sürücüləri ilə bağlı YENİ QƏRAR

# 15:48
29 noyabr 2022

Toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq edənlər, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi,  bərbər fəaliyyəti göstərən şəxslər icbari tibbi sığorta haqqını “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alarkən ödəyəcəklər.

 

Bu, Milli Məclisdə müzakirəyə çıxarılan, “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin, yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin, yük daşımalarını, yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödəniləcək.

 

Beləliklə, bu sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında, yəni 12 manat məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

 

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR