Toy karvanında xuliqanlıq etdilər, polis bağışlamadı

# 18:29
3 dekabr 2022

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupundan verilən məlumata görə, bir qrup gənc özlərinə məxsus müxtəlif markalı avtomobillərlə toy karvanında dövlət qeydiyyat nişanı olmadan, çoxavazlı səs siqnallarından və qanunla qadağan edilmiş sayrışan işıqlardan istifadə edərək yollarda intizamsızlıq yaradıblar. Onların yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Məlumata görə, həmin şəxslər öz əməllərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Həmin şəxslərin bir qisminin kimliyi müəyyən olunub. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib.

Hazırda digər şəxslərin kimliyinin müəyyən edilməsi və onların məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR