Toyda yeyib içib tanışlarını bıçaqladı
Toyda bıçaqlanma hadisəsi olub.
Hadisə Şəmkir şəhərində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.
Dəllərcəyir kənd sakinləri - 1996-cı il təvəllüdlü Nərimanlı İntiqam Fəxri oğlu qolunun, 1993-cü il təvəllüdlü Məmmədli Məmməd Yunis oğlunun qarnının kəsilmiş-deşilmiş yarası ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Zərərçəkənlərə tibbi yarım göstərilib.
Məlumata görə hər iki şəxs toyda tanıdığı Novruz Əmraslanov tərəfindən bıçaqlanıb. Hadisə vaxtı onlar sərxoş olublar.
“Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Məmməd Məmmədlinin və İntiqam Nərimanlının bıçaqla müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış axtarış tədbirləri nəticəsində vətəndaşlara xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Novruz Əmraslanov saxlanılıb.”
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR

AZAL quş vurmaq üçün ovçu axtarır

Yəhudi yazıçı: “İran qorxur ki, İsrail Azərbaycan ərazisindən zərbələr endirər”

“Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmıram” - ABŞ-ın Baş Qərargah rəisi
