Toyu oldu, nikaha girə bilmədi, polis haqqında araşdırma başlatdı

# 20:10
19 dekabr 2022

Ucarda 16 yaşlı qız ailə həyatı qurub. Rayonun Qaracallı kənd sakini, 2006-cı il avqustun 4-də anadan olmuş yetkinlik yaşına çatmayan qız həmkəndlisi, 1996-cı il təvəllüdlü  Qəribxan Lətifovla ailə həyatı qurub. Toy məclisi 2022-ci il dekabr ayının 17-si  kənddə təşkil olunub. 

Cütlüyün yaxınlarının sözlərinə görə, toy məclisi valideyinlərin razılığı ilə baş tutub. Gəlin bəy evinə köçsə də, rəsmi nikaha girilməyib. Qızın yaşı tamam olduqdan sonra rəsmi nikah bağlanması nəzərdə tutulur. 

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov qeyd edib ki,  toy mərasimi ilə əlaqədar rayon polis şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR