Tramp: “Ukrayna il yarım ərzində məhv ola bilər”
Münaqişə həll olunmasa, Ukrayna il yarım ərzində məhv ola bilər.
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Tramp ehtimal edir ki, Ukraynadakı müharibə 2024-cü ildə ABŞ prezidentinin seçilməsinə qədər həll olunmaya bilər. Sabiq prezident həmçinin qeyd edib ki, hazırkı Amerika lideri Co Bayden administrasiyasının siyasəti “üçüncü dünya müharibəsi” təhlükəsi yaradır.