Türk iş adamlarına Şuşa mesajı

# 18:12
8 dekabr 2022

“Biz mədəni mirasların insanların ortaq mirasları olduğunu qəbul edirik. Xüsusilə olaraq son dönəmlərdə Azərbaycanın işğal zamanı qarşılaşdığı mədəni miras dağıntılarını və talanları dərindən üzüntü ilə izləyirik”.  

 

APA TV xəbər verir ki, bunu TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 8-ci Dövrünün sədri, UNESKO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz jurnalistlərə açıqlamasında deyib: “Biz hər zaman Azərbaycanın yanındayıq. Buradakı mədəni mirasların dünyaya tanıdılması və gələcək nəsillərə əmanət edilməsi üçün əlimizdən gələnləri edir və edəcəyik. Ümumiyyətlə, mədəni miraslar milli mənşəyindən asılı olmayaraq qorunmalıdır. İnanıram ki, keçirilən tədbirdə iştirak edənlər Qarabağdakı törədilən dağıntılar barədə beynəlxalq ictimaiyyəti məlumatlandıracaqlar. Bununla bağlı biz 2023-cü ildə Türk Dünyasının paytaxtı seçilən Şuşanı 2023-də TÜRKSOY-a üzv ölkələrinin dönəm toplamntılarının keçirilməsi üçün yer olaraq seçdik. Gələn il həm də Azərbaycan TÜRKSOY-a üzv ölkələr üzrə Milli Komissiyalarına sədrlik edəcək.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR