Türkiyədə iranlı casuslar tutuldu: İsrailli turistlərə sui-qəsd hazırlayırlarmış

# 19:04
3 avqust 2022

Türkiyədə İran vətəndaşları həbs olunub. APA TV yerli mediaya istinadən xəbər verir ki, İstanbulda israilli turistlərə qarşı terror planlaşdıran İran xüsusi xidmət orqanlarının əməkdaşları saxlanılıb. Əməliyyat zamanı məlum olub ki, onlar Türkiyəyə daxil olduqdan sonra diqqət çəkməmək üçün mütəmadi olaraq nəqliyyat vasitələrini dəyişiblər. O da məlum olub ki, casuslar israilli turistlərin qaldıqları hotellərin şəkillərini və videolarını da çəkiblər. Ədliyyə Nazirliyinin açıqlamasına görə, araşdırmalardan sonra məhkəməyə göndərilən cəsuslardan 7-si həbs edilib, 3-ü məhkəmə nəzarətinə götürülüb. İstintaq zamanı onların İstanbulun müxtəlif rayonlarda hotel və gündəlik kirayə evlərdə qaldıqları məlum olub. Aydınlaşdırılıb ki, bəzi casuslar Türkiyə ərazisinə xüsusi pasportlarla daxil olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR