Türkiyədə işə gecikən işçi fabrikin həyətinə paraşütlə ENDİ - ANBAAN

# 11:24
4 oktyabr 2022

Bursada mebel fabrikində işləyən fəhlə işə gecikməmək üçün maraqlı addım atıb.

 

APA TV-nin məlumatına görə, maraqlı hadisə Bursansanın İnegöl rayonunda baş verib.

 

mebel fabrikində çalışan yamac paraşütü həvəskarı Adem Kəskin işə gecikməmək üçün paraşütlə təxminən 2200 metr yüksəklikdən tullanaraq iş yerinin həyətinə eniş edib.

 

Həmkarları həmin anları saniyə-saniyə lentə alıblar.

 

Açıqlama verən paraşüt həvəskarı Adem Keskin, “Dostlarla Uludağa getdik. Yamac paraşütü üçün. Fabrikdə iş səhər saat 8.30-da başlayır. İşə gecikməmək üçün belə bir addım atdım” deyib.

 

O, bundan sonra da bunu davam etdirəcəyini bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR