Türkiyədəki zəlzələdə Azərbaycan vətəndaşı ölüb

# 15:46
8 fevral 2023

Türkiyədə zəlzələdə bir nəfər Azərbaycan vətəndaşı həlak olub.

 

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

 

 

Qeyd edilib ki, bu günə qədər 1 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınıb.

 

“Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür. Allah rəhmət eləsin!”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR